featured-image-32364

“Zirə”də yeni təyinat rəsmiləşib.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir, Seyidağa Babayev klubun vitse-prezidenti təyin edilib.

Qeyd edək ki, Babayev əvəllər də “Zirə” klubunda fəliyyət göstərib.  O, qəsəbə təmsilçisində icraçı direktor daha sonra isə uşaq futbol akademiyasının koordinatoru vəzifəsində çalışıb. S.Babayev “Şüvəlan” klubunun icraçı direktoru olub.

Vaxtilə U15 VƏ U17 yığmaların şərəfini qoruyan Babayev “Turan-Air” futzal klubunun və futzal yığmamızın formasını geyinib. Babayev sonralar böyük futbola dönərək İranın 1-ci dəstəsində çıxış edib. Vətənə geri döndükdən sonra isə MOİK-in heyətində oynayıb.

.

Bənzər xəbərlər