"Zirə"də yeni vinger - RƏSMİ
“Zirə” yeni futbolçuyla anlaşıb.
Msport.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Dameyn Smiti heyətinə qatıb. Yamaykadan olan vingerlə 5 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, 20 yaşlı futbolçu daha əvvəl ölkəsinin “Rasinq Yunayted” və Birləşmiş Ərəb Əmirliyinin “Nova Star” klublarında çıxış edib.







