"Zirə"dən daha bir transfer
“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Abbas İbrahimlə anlaşıb. Nigeriyalı yarımmüdafiəçi ilə 2 il yarım + 1 illik müqavilə imzalanılıb.
Qeyd edək ki, 25 yaşlı futbolçu daha əvvəl Portuqaliyanın “Pakuş Ferreyra”, “Paredes” və “Arouka”nın formasını geyinib.

AYXAN