featured-image-2473

Azərbaycan Kubokunda 2021/22 mövsümünün finalçıları müəyyənləşib.

Msport.az xəbər verir ki, 30-cu – yubiley mövsümündə finala ilk vəsiqəni “Qarabağ” qazanıb.

“Qəbələ”ni yarımfinalın hər iki oyununda məğlub edən (3:1, 5:0) Ağdam təmsilçisi tarixində 10-cu dəfə finala çıxıb. Bununla da “Qarabağ” “Neftçi”nin rekordunu təkrarlayıb.

Yubiley uğuru 5 ildən sonra gerçəkləşib. Sonuncu dəfə 2016/17 mövsümündə finalda oynayan “Qarabağ” sonrakı 4 yarışın üçündə mübarizəni dayandırıb, birində turnir yarımçıq qalıb.

“Zirə” isə tarixində ilk dəfə finala yüksəlib. Qəsəbə təmsilçisi həlledici qarşılaşmada iştirak edəcək 18-ci komanda kimi tarixə düşüb.

1992. Kür (Mingəçevir) – İnşaatçı (Bakı) 1:2
1993. İnşaatçı (Sabirabad) – Qarabağ (Ağdam) 0:1
1993/94. Kəpəz (Gəncə) – Xəzər (Lənkəran) 2:0
1994/95. Neftçi (Bakı) – Kur-Nur (Mingachevir) 1:0
1995/96. Neftçi (Bakı) – Qarabağ (Ağdam) 3:0
1996/97. Kəpəz (Gəncə) – Xəzri (Buzovna) 1:0
1997/98. Kəpəz (Gəncə) – Qarabağ (Ağdam) 2:0
1998/99. Şəmkir – Neftçi (Bakı) 0:0, pen. 3:5
1999/2000. Kəpəz (Gəncə) – Qarabağ (Ağdam) 2:1
2000/01. Şəfa (Bakı) – Neftçi (Bakı) 2:1
2003/04. Şəmkir – Neftçi (Bakı) 0:1
2004/05. İnter (Bakı) – Bakı 1:2
2005/06. Qarabağ (Ağdam) – Karvan (Yevlax) 2:1
2006/07. Xəzər-Lənkəran – MKT-Araz (İmişli) 1:0
2007/08. Xəzər-Lənkəran – İnter (Bakı) 2:0
2008/09. İnter (Bakı) – Qarabağ (Ağdam) 0:1
2009/10. Xəzər-Lənkəran – Bakı 1:2
2010/11. Xəzər Lənkəran – İnter (Bakı) 1:1, pen. 4:2
2011/12. Neftçi (Bakı) – Bakı 0:2
2012/13. Neftçi (Bakı) – Xəzər Lənkəran 0:0, p.5:3
2013/14. Qəbələ – Neftçi (Bakı) 1:1, pen. 2:3
2014/15. Qarabağ (Ağdam) – Neftçi (Bakı) 3:1
2015/16. Qarabağ (Ağdam) – Neftçi (Bakı) 1:0, ə.v.
2016/17. Qarabağ (Ağdam) – Qəbələ 2:0
2017/18. Keşlə (Bakı) – Qəbələ 1:0
2018/19. Qəbələ – Sumqayıt 1:0
2020/21. Keşlə (Bakı) – Sumqayıt 2:1

Bənzər xəbərlər