“Zirə” Fransadan 19 yaşlı futbolçu aldı
“Zirə” yeni futbolçu ilə anlaşıb.
Msport.az xəbər verir ki, paytaxt klubu Fransanın “Havr” klubundan Salifu Sumanı transfer edib. 19 yaşlı vingerlə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Qvineyadan olan futbolçu karyerası ərzində ölkəsinin “Kalum”, Fransanın “Bastiya” və “Havr” klublarının şərəfini qoruyub.







