featured-image-21368
“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib. Msport.az xəbər verir ki, qəsəbə təmsilçisi Vladislav Kulaçla anlaşıb.
Ukraynalı hücumçu ilə 1,5 illik müqavilə imzalanılıb.
Qeyd edək ki, 30 yaşlı futbolçunun son klubu Ukraynanın “Dinamo”(Kiyev) komandası olub. O, həmçinin ölkəsinin “Şaxtyor”(Donetsk), “Mariupol”, “Metallurq” (Zaporojye), “Stal”, “Zorya”, “Vorlska”, “Oleksandriya”, Türkiyənin “Eskişehirspor” və Macarıstanın “Honved” klublarında çıxış edib.

Bənzər xəbərlər