featured-image-4803

“Sabah”dan ayrılan Slavik Alxasovun karyerasını hansı klubda davam etdirəcəyi məlum olub.

Msport.az xəbər verir ki, Slavik Alxasov “Zirə” ilə müqavilə bağlayacaq. 29 yaşlı futbolçu son mövsümdə “Sabah”da 14 oyunda meydana çıxıb.

UEFA Konfrans Liqasında mübarizə aparacaq “Zirə”nin Alxasovla anlaşmasının əsas səbəbi Təmkin Xəlilzadənin avrokubok matçlarında oynaya bilməməsidir. Xəlilzadə 2018-ci ildə “Qəbələ”də çıxış edərkən Uefa Avropa Liqasında Lüksemburq “Proqress”i ilə görüşdə qırmızı vərəqə aldığı üçün cəzalıdır.

Qeyd dək ki, Alxasov “Sabah”dan əvvəl “Keşlə”, “Sumqayıt” və “Xəzər Lənkəran” klublarının da formasını geyinib.

Bənzər xəbərlər