featured-image-17619

“Kubokda mərhələ adladıq. Növbəti rəqib “Neftçi” olacaq. Bu oyuna da ciddi hazırlaşacağıq. Əminəm ki, keçən ilki kimi qalib gələ bilərik”.

Bunu Msport.az saytına açıqlamasında “Zirə”nin futbolçusu Hamidu Keyta Azərbaycan Kubokunun 1/8 final mərhələsində səfərdə “Mingəçevir”i 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

“Qartallar” Premyer Liqanın XV turunda “Qarabağ”la qarşılaşacaq. Fransalı hücumçu bütün matçlara qələbə üçün çıxdıqlarını bildirib: “Çətin oyun olacaq, lakin komandaya inanmalıyıq. Çünki bu oyunda qalib gəlmək və əlbəttə ki, qisas almaq üçün keyfiyyətimiz var”.

Qətərdə davam edən dünya çempionatına da toxunan 28 yaşlı forvard mundialın yaxşı start götürdüyünü söyləyib: “Bütün komandalar cəsarətlə oynayır, müəyyən sürprizlər də var. Hər bir yığma tam hazırdır. Bir sözlə, mundial çox yaxşı keçir”.

Əslən Seneqaldan olan futbolçu Fransa millisinin minimum yarımfinala çıxacağını düşünür: “Məncə finalda Fransa ve Braziliya oynayacaq. Favoritim isə Seneqaldır. Ümid edirəm ki, Qətərə qarşı növbəti oyunda qalib gələcəklər. İlk oyunu yaxşı keçirdik, uduzmağa layiq deyildik”.

Bənzər xəbərlər