“Zirə” növbəti mərhələdə
Zirə” Konfrans Liqasının 1-ci təsnifat mərhələsində cavab oyunununa çıxıb.
Msport.az xəbər verir ki, “qartallar” Gürcüstanda “Torpedo” ilə üz-üzə gəlib. Kutaisidəki “Şengeliya Arena”da keçirilən matç “Rəşad Sadıqovun komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu komandalar arasında ilk oyunda “Zirə” 3 cavabsız qolla qələbə qazanıb.
“Zirə” növbəti mərhələdə “Payde” (Estoniya) ilə qarşılaşacaq.
20:00. “Torpedo” (Gürcüstan) – “Zirə” (Azərbaycan) – 0:3
Qol: Eren Aydın, 25, Amin Seydiyev, 39, 70
Baş hakim: Mihali Kapray (Macarıstan)
İlk oyun – 0:3







