featured-image-4075

Mövsümü bürünc medalla başa vuran və Konfrans Liqasına vəsiqə qazanan “Zirə”nin avrokubok oyunlarını harada keçirəcəyi məlum olub.

Msport.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionu tələblərə cavab vermədiyindən komanda beynəlxalq matçları orada keçirə bilməz.

Odur ki, Rəşad Sadıqovun komandası Konfrans Liqasında rəqiblərini  “Dalğa Arena”da qəbul edəcək.

Konfrans Liqasında birinci təsnifat mərhələsinin püşkü iyunun 14-də atılacaq.

Bənzər xəbərlər