featured-image-79594

“Zirə” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.

Msport.az xəbər verir ki, “qartallar” Özbəkistanının “Novbahor” klubu ilə üz-üzə gəlib. Oyun Nəmənqan təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Zirə”nin heyətində yeganə qolu Yeqor Boqomolski vurub.

Xatırladaq ki, “Zirə” hazırlıq prosesi çərçivəsində Bakıda “Qarabağ” klubu ilə qarşılaşaraq rəqibinə 3:4 hesabı ilə uduzub. Komanda 1 iyulda növbəti yoxlama matçına çıxacaq.

Bənzər xəbərlər