"Zirə" "Qəbələ"dən ayrılan müdafiəçini transfer etdi - RƏSMİ
“Zirə” yeni futbolçu ilə anlaşıb. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qartallar” “Qəbələ”dən ayrılan Ruan Renatonu heyətinə qatıb.
29 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, braziliyalı futbolçu daha əvvəl ölkəsinin “Santa Rita”, “Quaraçinqeta”, “Yuventude”, “Vitoriya”, “Fiqeyrense”, “Botafoqo”, “Ponte Preta”, Avstriyanın “Austria Vyana”, həmçinin ölkəmizdə “Qəbələ”nin şərəfini qoruyub.







