featured-image-16824

Misli Premyer Liqasında XIV turun oyunları keçirilir. Msport.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutub.

Əvvəlcə “Zirə” “Səbail”i qəbul edib. Meydan sahibləri bu oyunda minimal hesabla üstün olublar.

Günün digər matçında “Neftçi” “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirib. “Ağ-qaralar” bu oyunda 2 cavabsız qolla qalib gəliblər.

Xatırladaq ki, ilk oyun günündə “Şamaxı” “Sumqayıt”ı 4:2 hesabıyla məğlub edib. Sonuncu oyun günündə isə “Kəpəz” “Turan Tovuz”la, “Sabah” “Qarabağ”la qarşılaşacaq.

Misli Premyer Liqası
XIV tur

12 noyabr

“Zirə” – “Səbail” 1:0
Qol: R.Sadıxov, 73.
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Eyyub İbrahimov, Cavid Cəlilov.
Zirə İdman Kompleksinin stadionu, 16:00.

Zirə: 1. Mehdi Cənnətov, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 13. Ramin Əhmədov, 56. Samir Ağayev, 17. Toni Qomes.
Baş məşqçi: Rəşad Sadıqov.
Səbail: 1. Emil Balayev (k), 6. Cabir Əmirli, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 27. Emil Martinov, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 20. Fakundo Kardozo, 4. Maksim Çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 72. Emin Zamanov, 3. Turan Manafov, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 18. Vüsal Qənbərov, 21. Kizito Luvaqa, 23. Qustavo de Fransa.
Baş məşqçi: Mahmud Qurbanov.

“Neftçi” – “Qəbələ” 2:0
Qol: K.Sayef, 24. R.Hacıyev, 76.
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Rəhman İmami, Rövşən Rəcəbov.
Bakı. “Bakcell Arena”, 18:30.

Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 6. Voyislav Stankoviç, 3. Mamadu Mbodj, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 2. Mert Çelik, 20. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov, 78. Elcan Əbilov, 4. Solomon Kvirkveliya, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato.
Baş məşqçi: Laurentsiu Regekampf.
Qəbələ: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 7. Rövlan Muradov, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. Ürfan Abbasov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 23. Rafael Utziq, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.

Bənzər xəbərlər