featured-image-80536
“Zirə” yeni futbolçuyla anlaşıb.
Msport.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Lue Bayere Junioru heyətinə qatıb.
Kot-d’İvuarlı hücumçuyla 2 illik müqavilə bağlanılıb. Onun son klubu “Yvor” (Serbiya) olub. Forvard bu komandanın heyətində 27 oyunda 8 qol vurub.
Qeyd edək ki, 25 yaşlı futbolçu daha əvvəl İsveçin “Hammarbü”, “Frey”, Serbiyanın “Jelezniçar” və Türkiyənin “Göztəpə” klublarında çıxış edib.

Bənzər xəbərlər