"Zirə" Tovuza 2 gün əvvəl yollandı
“Zirə” Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə “Turan Tovuz”un qonağı olacaq.
Msport.az xəbər verir ki, qəsəbə klubu Qərb bölgəsinə matçdan iki gün əvvəl yollanıb. Fevralın 22-də Tovuza səfər edən Rəşad Sadıqovun komandası “Ayan Palace” otelində qalır.
Qeyd edək ki, “Zirə” bu mövsümdən etibarən bölgələrdəki görüşlərə 2 gün əvvəl gedir. “Qartallar” sabah matçın keçiriləcəyi stadionda son məşqə çıxacaq.
“Turan Tovuz” – “Zirə” matçı fevralın 24-də saat 14:00-da start götürəcək.
AYXAN







