featured-image-9897

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 1-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Msport.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sorna baş tutan mətbuat konfransında bunları söyləyib:

“Zövqverici oyun alındı. Belə tribunalar önündə oynamaq futbolçular üçün zövqdür. “Turan Tovuz” Azərbaycan futboluna gözəllik gətirən komandalardandır. Birinci hissədə topa nəzarəti düşünürdük. İkinci hissədə isə hücumları artırıb qol vurmağı bacardıq. Ramon Maçado 3-4 gündür gəlib. Hələ tam hazır deyil. Təxminən 60 faiz hazırdır. Sadəcə, oyunu hiss etsin deyə, buraxdıq meydana”.

Bənzər xəbərlər