featured-image-16713

“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb. Msport.az xəbər verir ki, Ağdam təmsilçisi mövsümün ilk 13 oyununda qələbə qazanan ilk komanda olub.

Qurban Qurbanovun yetirmələri bunu Misli Premyer Liqasında III turdan təxirə salınan matçda rəsmiləşdirib. Ağdam təmsilçisi səfərdə “Turan Tovuz”u 2:0 hesabı ilə məğlub edib.

“Qarabağ” cari çempionatadək iki dəfə mövsümə 34 xalla başlayıb. Bunadək rekord isə 1992-ci ilə 12 start qələbəsi ilə başlayan “Neftçi”yə məxsus idi. Həm bakılılar, həm də onların seriyasını dayandıran Sumqayıt “Xəzər”i ilk 13 matçda 12 qələbə qazanıb.

13 oyunda ən çox xal toplayanlar

Qarabağ 39 2022/23
Neftçi 36 1992
Xəzər S 36 1992
Neftçi 35 2000/01
Neftçi 34 1996/97
Qarabağ 34 2017/18
Qarabağ 34 2003/04
Sabah 34 2022/23

Qeyd edək ki, 1992-ci ildə qələbəyə görə 2 xal verilsə də, cədvəldə şərti olaraq 3 xal prinsipi ilə hesablanıb.

Bənzər xəbərlər