featured-image-32448

“Neftçi”nin yeni transferi Emil Balayev klub televiziyasına açıqlama verib.

Msport.az xəbər verir ki, millimizin qapıçısı yetişdiyi komandaya qayıdarkən nostalji hisslər keçirdiyini bildirib.

29 yaşlı futbolçu “ağ-qaralar”da keçirdiyi ilk dönəmi xatırlayaraq, tarixi uğura imza atdıqlarını deyib: “Neftçi”də olduğum ilk dönəmdə Azərbaycan futbol tarixində yeni səhifə açdıq, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Bundan sonra 15-20 il də keçsə, bunlar əvəzolunmaz hisslərdir”.

“Neftçi” ilə 2 illik müqavilə imzalayan Azərbaycan millisinin qolkiperi onu İvan Brkiç, Aqil Məmmədov və Rza Cəfərovla maraqlı təqabət gözlədiyini söyləyib: “Belə səviyyəli qapıçılarla bir yerdə məşq etmək mənim üçün də xoşdur. Bizi maraqlı, sağlam rəqabət gözləyir. İlk növbədə bir-birimizə həm qardaş, həm də yaxşı insan kimi münasibət göstərəcəyik”.

Qeyd edək ki, 2011-ci ildə “Neftçi”nin əsas komandasına cəlb edilən Emil Balayev başqa klublarda icarə əsasında oynadığını nəzərə almasaq, 2015-ci ilə qədər bu komandada çıxış edib.

Bənzər xəbərlər