featured-image-19975

Bosniya və herseqovinalı futbolçu Almir Aqanspahiçin “Sumqayıt”dan ayrılmasının səbəbi bəlli olub.

Msport.az-ın məlumatına görə, bu barədə 27 yaşlı hücumçunun özü “sportklub.rs” saytına açıqlama verib.

Forvard bildirib ki, hər şey müqavilə ilə məxsus olduğu Serbiya “Çukariçki”sinin istəyilə gerçəkləşib: “Son matçımı dekabrın 24-də keçirdim. Klub məni icarədən geri qaytarmaq qərarına gəldi. Məşqçilər korpusu ilə razılaşaraq bir neçə gün istirahət etdim və Yeni ili doğma Sarayevoda qarşıladım. İndi isə yenidən komandama qayıtdım”.

“Sumqayıt”da əvvəlki baş məşqçi Aleksey Baqanın rəhbərliyi altında müntəzəm olaraq oynadığını söyləyən Aqanspahiç Samir Abasovun gəlişindən sonra ehtiyatda qaldığını vurğulayıb: “15 oyun keçirsəm də, bundan razı deyiləm. Qətərdə keçirilən dünya çempionatı zamanı Azərbaycan Premyer Liqasında fasilə olmadı”.

Təcrübəli hücumçu ilk növbədə Azərbaycandakı stadionların infrastrukturunun, məşq şəraitinin onu çox təəccübləndirdiyini əlavə edib: “Sumqayıtda yeni arena tikilib, tezliklə açılışı olacaq. Digər tərəfdən, ölkədə “Qarabağ” kimi çox keyfiyyətli klublar var. Yeri gəlmişkən, “Çukariçki” Türkiyədəki hazırlıq zamanı onlarla yoldaşlıq oyunu keçirəcək”.

Qeyd edək ki, “Sumqayıt” cari mövsümün əvvəlində icarəyə götürdüyü Almir Aqanspahiçlə yayadək müqavilə imzalamışdı.

Bənzər xəbərlər