featured-image-83420

“Tottenhem”in 18 yaşlı hücumçusu Luka Uilyams-Barnett İngiltərə və Almaniya nəhənglərinin radarına düşüb.

Msport.az xəbər verir ki, “Çelsi” və “Mançester Yunayted” gənc istedadın durumunu yaxından izləyən başlıca klublardır.

Premyer Liqa təmsilçiləri ilə yanaşı Almaniyanın “Bavariya” və “Borussiya Dortmund” klubları da gələcəyin ulduzu hesab olunan futbolçu ilə maraqlanır.

İndiki müqaviləsi 2028-ci ilə qədər olan gənc hücumçunu əldən vermək istəməyən “Tottenhem” rəhbərliyi isə artıq onunla yeni sözləşmə imzalamaq üçün danışıqlara başlayıb.

Bənzər xəbərlər