featured-image-85204

“Milan” “Mançester Yunayted”in kapitanı Brunu Fernandeşin gələcəyini diqqətdə saxlayır.

Msport.az xəbər verir ki, “rossonyerlər” portuqaliyalı yarımmüdafiəçinin müqavilə vəziyyətini yaxından izləyirlər.

Futbolçunun “Mançester Yunayted”lə hazırkı sözləşməsi mövsümün sonunda başa çatır. İngiltərə klubunun müqaviləni daha bir il uzatmaq imkanı da var.

“Milan” rəhbərliyi Fernandeşin mümkün transferini müzakirə etsə də, yanvar ayı üçün bu keçid əsas prioritet hesab olunmur. İtaliya təmsilçisi daha çox müdafiəçi, cinah oyunçusu və hücumçu transferinə diqqət ayırır.

32 yaşlı futbolçunun İngiltərə klubundakı gələcəyi isə hələ də qeyri-müəyyəndir. Fernandeş noyabrın 22-də açıqlamasında klubun ona yeni müqavilə təklif etdiyini, lakin hazırda danışıqların dayandırıldığını bildirib. O, əsas istəyinin “Mançester Yunayted”də qalaraq komandanın uğurlarına töhfə vermək olduğunu vurğulayıb.

Qeyd edək ki, Brunu Fernandeş daha əvvəl İtaliyada “Novara”, “Udineze” və “Sampdoriya” klublarının formasını geyinib.

Bənzər xəbərlər