featured-image-85202

“Yuventus” qış transfer pəncərəsində heyətini “Barselona”nın müdafiəçisi Alexandro Balde ilə gücləndirmək istəyir.

Msport.az xəbər verir ki, Turin təmsilçisi ispaniyalı futbolçunu mövsümün sonuna qədər icarəyə götürməyi planlaşdırır.

“Yuventus”un baş məşqçisi Luçano Spalletti sol cinah müdafiəsini gücləndirmək niyyətindədir. Bu baxımdan Balde Turin klubunun əsas namizədlərindən biri hesab olunur.

“Barselona”nın 23 yaşlı futbolçunu təxminən 40 milyon avro dəyərində qiymətləndirdiyi bildirilir. Kataloniya təmsilçisi onun birdəfəlik satışına üstünlük versə də, icarə variantını da nəzərdən keçirə bilər.

Qeyd edək ki, Balde ilə “Milan”, PSJ və “Monako” da maraqlanır.

Bənzər xəbərlər