featured-image-28872

Misirin paytaxtı Qahirədə  idman gimnastikası üzrə dünya kuboku keçirilir. Msport.az xəbər verir ki, Azərbaycan təmsilçiləri Nazənin Teymurova və İvan Tixonov təsnifat mərhələsində ayrı-ayrı hərəkətlərdə uğurlu çıxış edərək finala vəsiqə qazanıblar.

İdman gimnastikası üzrə yığma komandamızın digər üzvü Nikita Simonov da halqalar ilə hərəkətlərin icrasında finala yüksəlib.

Qahirədəki turnir dünya kubokunun bu il keçirilən dördüncü mərhələsidir.

Bənzər xəbərlər