featured-image-38133
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Matc.az xəbər verir ki, 3 oyunçu yığmanın düşərgəsini tərk edib.
Msport.az xəbər verir ki, bunlar Rauf Hacıyev (“Rustavi”, Gürcüstan), Nihat Mehrəliyev (“Qarabağ”) və Əsəd Əsədovdu (“Turan Tovuz”). Əvəzində iki nəfər – Əkbər Eybov (“Səbail”) və İbrahim İbrahimli (“Qarabağ”) düşərgəyə qoşulub.
U-19 yığmamız oktyabrın 14-də və 16-da Daşkənddə Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyununda üz-üzə gələcək. Millimiz bu məqsədlə oktyabrın 13-dək Bakıda təlim-məşq toplanışı keçəcək.
Toplanışın ardından Özbəkistana gedəcək yekun heyət açıqlanacaq.

Bənzər xəbərlər