featured-image-52375

Hazırda azaf agent olan Aleksis Sançes yaxın saatlarda yeni müqavilə bağlayacaq. Msport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira paylaşım edib.

35 yaşlı hücumçu A seriyasında çıxış edən “Udineze” ilə anlaşıb.

Mənbənin sözlərinə görə, çilili forvard 1+1 illik müqaviləyə imza atacaq. Yaxın saatlarda Sançes tibbi müayinədən keçəcək.

Təcrübəli futbolçu artıq bir dəfə – 2006-2011-ci illərdə “Udineze”də çıxış edib.

Xatırladaq ki, Sançes ötən mövsüm “İnter”də forma geyinib.

Bənzər xəbərlər