featured-image-49845

İtaliyanın “Yuventus” klubunun futbolçusu Manuel Lokatelli karyerasını Fransada davam etdirə bilər.

Msport.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçinin bu yay Turin təmsilçisini tərk etmək ehtimalı var. “Marsel”in baş məşqçisi Roberto De Zerbi oyunçunu komandada görmək istəyir.

Qeyd edək ki, Lokatelli 2021/2022 mövsümündən “Yuventus”un formasını geyinir. Onun hazırkı sözləşməsi 2028-ci ilin yayınadək qüvvədədir.

Bənzər xəbərlər