"7 qol imkanımız var idi, üçünü vurduq" - Didye Deşam
Fransa- Azərbaycan oyunundan (3:0) sonra meydan sahiblərinin baş məşqçisi Didye Deşam jurnalistlərin önünə çıxıb.
Msport.az xəbər verir ki, o, komandasının daha çox qol vura biləcəyini deyib.
– Birinci hissədə gördükləriniz sizi qane edir?
– İstədiyimiz nəticəni əldə etdik. Amma xeyr, qane etmədi. Komandada yorğunluq var idi. Topun hərəkətində vertikallıq az idi. İstədiklərimizi etməyə çalışdıqda çətinlik çəkirdik. Futbolçulara demişəm ki, intensiv oynamaq lazımdır. Bunu yetərincə etmədik. Rəqibi çətinliyə sala bilmədik. Çünki yorğunluq hiss edilirdi. Sevincdən göylərə qalxmayacam. Daha çox qol vura bilərdik.
– Tovenin qol vurması haqda nə deyərdiz?
– Bizim üçün də, onun üçün də yaxşıdır. Özü üçün geridönüşdür. Qol vurmaq keyfiyyəti var. Top ayağına gəldisə, qol vurmağa çalışacaq. Məmnunam ki, qol vura bildi.
– Kilian Mbappenin ayağındakı problemindən nə xəbər var?
– Ayaqlarını çox sürətlə hərəkət etdirir. Topa toxunan kimi, sürətlənir. Lider və kapitandır. Vəziyyəti yaxşıdır. Kapitan olaraq rolu budur ki, komandaya rəhbərlik etsin. Ayağında problem var. Zərbəni də təəssüf ki, eyni yerdən aldı. Ağrısı çox idi.
– Bu cür matçlardan dərs çıxarmaq olar?
– Hər zaman dərs almaq lazımdır. Çünki fərdi və kollektiv olaraq bunu etmək lazımdır. Dərs çıxararkən, rəqibi də nəzərə almaq lazımdır. Gəlmişik işimizi görməyə .Daha yaxşısını edə bilərik.
– Nəticəni kənara qoysaq, ən çox nə xoşunuza gəldi?
– Elementar oyun idi. 7 qol imkanımız var idi, üçünü vurduq.
– 1995-ci ildə Azərbaycana qarşı oynamısız, 10:0 qalib gəlmişdiniz. Üç ildən sonra dünya çempionu oldunuz. Sizə elə gəlmir ki, Fransa yenidən üç ildən sonra dünya çempionu olacaq?
– İnanmıram ki, 3 ildən sonra dünya çempionatı olsun. İstəyimiz ora seçilməkdir. Azərbaycana qarşı uzun illər əvvəl olub. Səhv etmirəmsə, Oserdə oynayırdıq. O vaxtı indiki oyunçularım dünyaya gəlməmişdi. Oyunçulara vaxt vermək lazımdır, gəncdirlər.