A seriyasının son iştirakçısını müəyyənləşdirəcəklər
“Kremoneze” və “Spetsiya” klubları növbəti mövsüm İtaliyanın A Seriyasına yüksəlmək hüququ verən son vəsiqə uğrunda pley-off finalında qarşılaşacaqlar.
Msport.az xəbər verir ki, yarımfinalın cavab oyunlarında “Kremoneze” “Yuvestabiya”ya 3:0 hesabı ilə qalib gəlib və iki oyunun nəticəsinə görə (4:2) finala yüksəlib. “Spetsiya” isə evdə “Katandzaro”nu 2:1 hesabı ilə məğlub edərək ümumi hesabda 4:1 üstünlüklə finala adlayıb.
Final oyunları 29 may və 1 iyun tarixlərində keçiriləcək. Qaydalarına əsasən, iki görüşün nəticəsində ümumi hesab bərabərə olsa, turnir cədvəlində daha yüksək pillədə qərarlaşan komanda A Seriyasına yüksələcək. Mövsümün sonunda “Spetsiya” B Seriyasını 3-cü, “Kremoneze” isə 4-cü pillədə başa vurub.
Qeyd edək ki, 2024-25 mövsümünün yekunlarına əsasən, A Seriyasına birbaşa vəsiqə qazanan digər iki komanda “Sassuolo” və “Piza” olub.