“AAAF Xırdalan”dan növbəti qələbə
“Sərhədçi” İdman Mərkəzinin idman zalında “AAAF Xırdalan” və “Zirvə Astara” basketbolçuları arasında keçirilən qarşılaşma ilə Azərbaycan Basketbol Liqasının (ABL) 7-ci turu start götürüb.
Msport.az xəbər verir ki, turun açılış oyununda “AAAF Xırdalan” basketbolçuları rəqibini 98:94 hesabı ilə yenərək çempionatda 4-cü qələbəsini qazanıblar.
Oyunun ən məhsuldarları “AAAF Xırdalan”dan Devin Pullum (26 xal, 3 ribaund), “Zirvə Astara”dan Rasshard Kruikşenk (23 xal, 7 ribaund) olublar.
Turun növbəti oyunları (“Gəncə” – “Sərhədçi”, “Neftçi” – NTD, “Sabah” – “Olimpik Şəki”) 26 və 27 noyabrda keçiriləcək.