featured-image-27971
Bu gün “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 26-cı turunun iki oyunu nın keçirilib. Msport.az xəbər verir ki, günün çempionatın liderləri – “Sabah” və NTD komandaların görüşünə daha böyük maraq olub.
“Sabah” basketbolçuları 75:70 hesablı qələbə sayəsində çempionatın liderinə çeviliblər.
Ən məhsuldar basketbolçular “Sabah”dan Entoni Patti (17 xal, 12 ribaund), NTD-dən isə Londel Kinq (23 xal, 10 ribaund) olublar.
Günün ikinci matçında “AAAF Xırdalan” və “Sərhədçi” üz-üzə gəlib. Bu qarşılaşmada 96:89 hesabı ilə rəqibini məğlub edən “AAAF Xırdalan” pley-offa yüksəlib.
Ən məhsuldar basketbolçular “AAAF Xırdalan”da Devin Pullum (27 xal, 3 ribaund), “Sərhədçi”də isə Trevor Blekmon (27 xal, 9 ribaund) olublar.
Bu nəticələrdən sonra “Sabah”, NTD, “Gəncə” və “AAAF Xırdalan” pley-off mərhələsinə vəsiqəni təmin ediblər.

Bənzər xəbərlər