featured-image-52422

ABŞ-ın sərbəst güləş üzrə milli komandası Paris Yay Olimpiya oyunlarında qızıl medalsız qalıb. Msport.az xəbər verir ki, amerikalılar son 56 ildə ilk dəfədir ki, bu növvdə qızıl qazana bilmirlər.

Paris-2024-də ABŞ komandasının bir sərbəst güləşçisi finala çıxmışdı. Spenser Li (57 kq) həlledici görüşdə uduzaraq gümüş medala sahib olub.

ABŞ-ın daha iki nümayəndəsi – Kayl Deyk və Aaron Brunks Parisdə bürünc medala yiyələniblər. Bu gün Kayl Sneyder də sərrbəst güləş yarışlarında bürünc qazana bilər.

Bənzər xəbərlər