featured-image-38489

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Zaqatalada Uşaq-Gənclər İdman Məktəbinin yeni təmir edilmiş cüdo zalına baxış keçirib.

Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ona Zaqatalada 350 gənc və yeniyetmənin cüdo ilə məşğul olduğu barədə məlumat verilib.

R. Nəbiyev cüdonun daha da kütləviləşdirilməsi ilə uşaqların, yeniyetmələrin və gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişmələrinə dəstəyin göstərilməsinin ACF-in fəaliyyətinin əsas məqsədlərindən biri olduğunu qeyd edib.

Görüşdə regionlarda cüdonun daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar verilib.

Bənzər xəbərlər