featured-image-49925

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) ilə Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı əsasında avarçəkmə üzrə açıq Bakı birinciliyi keçirilib.

Msport.az xəbər verir ki, iyunun 24-də Xəzər dənizində baş tutan turnirdə paytaxtla yanaşı, Mingəçevirdən olan 80 nəfərə yaxın idmançı mübarizə aparıb.

Yeniyetmə və gənclərdən ibarət yarış iştirakçıları avarçəkmənin akademik, kayak, kanoe növlərində 200, 500 m məsafədə güclərini sınayıblar. Qalib idmançılar diplom və medallarla mükafatlandırılıblar.

Qeyd edək ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən yeniyetmə və gənclər arasında bu cür daxili yarışların keçirilməsində əsas məqsəd idmançıların hazırlıq səviyyəsini yoxlamaq, onlar arasından perspektivli idmançılar seçərək daha güclü milli komanda formalaşdırmaqdır.

Bənzər xəbərlər