featured-image-18372

Rusiyanın “Zenit” klubunun baş direktoru Aleksandr Medvedev adı  “Qarabağ” və “Neftçi” ilə hallanan Nurali Aliplə bağlı açıqlama verib.

Msport.az xəbər verir ki, Sankt-Peterburq klubunun rəsmisi icarə əsasında komandada çıxış edən Qazaxıstan millisinin müdafiəçisinin ayrılmaq ehtimalını təkzib etməyib.

Medvedev bildirib ki, 22 yaşlı mərkəz müdafiəçisi ilə bağlı tezliklə qərar veriləcək: “Alipin “Zenit”dəki taleyi yaxın günlərdə bəlli olacaq. Onun klubdan mütləq ayrılacağı xəbəri doğru deyil. Çünki son qərar hələ verilməyib. Tezliklə bu barədə rəsmi məlumat yayılacaq”.

Qeyd edək ki, müqavilə ilə Qazaxıstanın “Kayrat” klubuna məxsus olan Nurali Alipin “Zenit”lə icarə sözləşməsi dekabrın sonuna qədərdir.

Bənzər xəbərlər