AFFA-da “Turan Tovuz”un büdcəsi müzakirə olunur
“Turan Tovuz” klubunun Müşahidə Şurasının sədri Oqtay Abdullayev bu gün AFFA rəhbərliyi ilə görüşəcək. Msport.az xəbər verir ki, Qərb klubunun rəsmisi Premyer Liqda iştirak üçün büdcəni müzakirə edəcək.
Tovuz təmsilçisi federasiyanın ayıracağı 500 min manatın azlığından narahatdır. Görüşün əsas səbəbi də bu məbləğin artırılmasına nail olmaqdır.
Bundan başqa, Yunis Hüseynovun baş məşqçi postuna gətirilməsinin də rəsmiləşməsi gözlənilir. AFFA rəhbərliyi Hüseynovun “Turan Tovuz”da işləməsinə müsbət yanaşır.