featured-image-24290

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Msport.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

Futzal üzrə Azərbaycan kubokunun 1/16 final mərhələsinin “Alyans Qrup” – “Rəvan” oyunu “Alyans Qrup” komandası təyin olunan vaxtda gəlmədiyi üçün baş tutmayıb. Buna görə “Alyans Qrup”a 0:5 hesablı texniki məğlubiyyət verilib.

Region Liqasında keçirilən “Neftçala” – “Qobustan” oyununda “Neftçala”nın futbolçusu Nadir Orucov qarşılaşmanın 90+2-ci dəqiqəsində hakimlər briqadasını təhqir etdiyinə və onlara hücum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 10 oyun cəzalandırılıb. “Neftçala”nın digər futbolçuları – Rəhim Bayramzadə, Sehran Abbasov və Məhəbbət Əsgərov hakimlər briqadası və AFFA nümayəndəsini təhqir etdiyinə görə 4 oyun cəzalandırılıblar. Oyun bitdikdən sonra “Neftçala”nın texniki zonasında əyləşən şəxslər “Qobustan”ın texniki zonasına hücum edərək kütləvi qarşıdurmaya səbəb olublar. Buna görə 15, 8, 11 və 6 nömrəli futbolçular 6 oyun cəzandırılıblar. Oyun zamanı və oyundan sonra “Neftçala”nın baş məşqçisi Mehman İbrahimov hakimlər otağına daxil olaraq hakimləri təhqir etdiyinə və fiziki təzyiqə cəhd göstərdiyinə görə 10 oyun cəzalandırılıb.

Region Liqasında keçirilən “Marxal” – “Karvan” matçının 61-ci dəqiqəsində “Marxal”ın baş məşqçisi Xalid Salamov hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 5 oyun cəzalandırılıb.

Gənclər Liqasında keçirilən “Sabah” – “Qəbələ” oyununda “Qəbələ”nin futbolçusu Okan Təhməzli qarşılaşma bitdikdən sonra hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalandırılıb.

U-17 Liqasında keçirilən “Turan Tovuz” – “Qəbələ” oyununda “Turan Tovuz”un baş məşqçisi Ruslan Məmmədov qarşılaşmanın 75-ci dəqiqəsində hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalandırılıb.

U-16 Liqasında keçirilməli olan İFA – “Sumqayıt” oyununda İFA komandası tərəfindən təcili tibbi yardım maşını və həkim briqadası təmin edilmədiyi üçün oyun baş tutmayıb. Buna görə İFA klubuna 0:3 hesabı ilə məğlubiyyət verilib.

U-16 Liqasında keçirilən “Səbail” – “Qəbələ” oyununda “Qəbələ”nin futbolçususu Həbib Hüşənov qarşılaşmanın 30-cu dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı və qırmızı vərəqə aldıqdan sonra hakimə qarşı təhqiramiz ifadələr işlətdiyi üçün 4 oyun cəzalandırılıb.

U-14 Liqasında keçirilən “Şahdağ” – İCBFA oyununda İCBFA komandasının baş məşqçisi Məhəbbət Rəhimov qarşılaşmanın 15-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalandırılıb.

U-12 Liqasında keçirilməli olan “Mübariz” FA – “Sabah” qarşılaşmasında “Mübariz” FA komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun baş tutmayıb. Buna görə “Mübariz” FA klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-12 Liqasında keçirilməli olan İCBFA – 8№-li İOEUGİM qarşılaşmasında 8№-li İOEUGİM komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun baş tutmayıb. Buna görə 8№-li İOEUGİM klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bənzər xəbərlər