featured-image-24846

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Msport.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

Region Liqasında keçirilməli olan “Qala” (Şəmkir) – “Şəki” FK qarşılaşması “Şəki” komandası təyin olunan vaxtda gəlmədiyi üçün baş tutmayıb. Buna görə “Şəki”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Region Liqasının “Çinar” (Zəngilan) – İCBFA oyununda İCBFA komandasının heyətində Mohammadamin Mohebi Nejad və Alıreza Rahiminin Azərbaycanda 2 ildən az müddətdə yaşayan futbolçular olduğu aşkarlanıb. Buna görə Əsasnamənin 5.2-ci maddəsinin tələblərinin pozulmasına görə İCBFA klubuna 0:3 hesablı texniki məğlubiyyətn verilib, kluba xəbərdarlıq edilib.

Region Liqasında keçirilməli olan “Gənclik” İK – “Dirçəliş” oyunu “Gənclik” komandası tərəfindən təhlükəsizlik (polis) təmin edilmədiyi üçün baş tutmayıb. Buna görə “Gənclik” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-17 Liqasında keçirilən “Şamaxı” – ROFM oyununda “Şamaxı”nın baş məşqçisi Vəli Hüseynov hakimi təhqir etdiyinə etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 5 oyun cəzalandırılıb.

U-15 Liqasında keçirilən İCBFA – “Baku Sporting” oyunu bitdikdən sonra İCBFA-nın futbolçusu Ömər Şahgəldi və “Baku Sporting”in futbolçusu Nail Məmmədli bir-birilərini təhqir edərək dava etdiyinə görə hər ikisi 3 oyun cəzalandırılıb.

U-15 Liqasında keçirilən “Şimal Elit” – “Neftçi” İK İB oyununda “Neftçi”nin heyətində turu buraxmalı olan Murad Mikayılov protokolda 14 nömrəli futbolçu Səccad Vəlizadənin adı ilə meydana çıxdığına görə “Neftçi”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-14 Liqasında keçirilən “Lion” – EFA oyununda “Lion”un cəzalı rəsmi şəxsi Həmid Əliyev AFFA nümayəndəsi Məhəmməd Yusubova təhqiredici və nalayiq ifadələr işlətdiyi və fiziki təzyiq göstərdiyi üçün, bu hal dəfələrlə yaşandığı üçün 20 oyun cəzalandırılıb. “Lion” klubuna isə 0:3 texniki məlubiyyət verilib. “Lion”un cəzalı rəsmisi Mirhadı Abdullayev AFFA nümayəndəsi Məhəmməd Yusubova təhqiredici və nalayiq ifadələr işlətdiyi və fiziki təzyiq göstərdiyi üçün, bu hal dəfələrlə yaşandığı üçün 20 oyun cəzalandırılıb.

U-14 Liqasında keçirilməli olan “Turan Tovuz” – “Azəri” qarşılaşması “Azəri” komandasının təyin olunan vaxtda gəlməməsi səbəbindən baş tutmayıb. Buna görə “Azəri” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Liqasında keçirilən “Real” FK – “Astara” oyununda “Astara”nın baş məşqçisi Qəhrəman Mirzəyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb.

U-13 Liqasında keçirilməli olan “Dortmund Bakı” – “Sahil” FA qarşılaşması “Dortmund Bakı”nın təyin olunan vaxtda gəlməməsi səbəbindən baş tutmayıb. Buna görə “Dortmund Bakı”ya 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal üçüncü dəfə təkrarlandığı üçün komanda yarışlardan kənarlaşdırılıb.

U-12 Liqasında keçirilən “Metak” – UGİM (Siyəzən) oyununda “Metak”ın baş məşqçisi Mehman Səfərov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb.

Bənzər xəbərlər