featured-image-25139

AFFA-nın təşkilatçılığı ilə Misli Premyer Liqasında və Birinci Divizionda iştirak edən klubların müvafiq əməkdaşları üçün futbol oyunları zamanı izdihamın idarə olunması, stadionlarda təhlükəsizlik və mühafizə məsələlərinə həsr olunmuş seminar keçirilib.

Msport.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil edilən seminarda dövlət qurumlarının nümayəndələri (AR DİN, FHN) və bu sahədə beynəlxalq və yerli tədbirlərin həyata keçirilməsində iştirak etmiş təlimçilər öz təcrübələrini bölüşüb, iştirakçılarla fikir mübadiləsi aparıblar.

Tədbirin sonunda iştirakçılara sertifikat, çıxış edən dövlət qurumlarının nümayəndələrinə və təlimçilərə təşəkkürnamələr təqdim olunub.

Bənzər xəbərlər