AFFA dövlətin ayırdığı 3 milyona görə bəzi qadağalar qoymaq istəyir - Klublar Komitəsi bəyanat verdi
AFFA dövlətdən klublara ayrılan 3 milyon manatla legioner transferinə qadağa qoymaq istəyir.
Msport.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin 7 mart 2023-cü il tarixində keçirilən iclasında futbolun inkişafı ilə bağlı dövlət tərəfindən ayrılmış vəsaitlərin gələn mövsümdən klublarda olan əcnəbi futbolçulara əmək (xidmət) haqqı qismində istifadə edilməsinə qadağa qoymaq niyyətindədir.
KK ümid edir ki, belə taleyüklü qərarlar qəbul edilməzdən əvvəl futbol “ekosisteminin” bütün iştirakçılarının (PFL, klublar və s.) rəyləri eşidiləcəkdir: “Bir daha, KK AFFA İK-dən klublar üçün həyati əhəmiyyət kəsb edən legioner futbolçularla bağlı məsələlərin və qərarların istər hazırlanması, istərsə də qəbulu məsələsində daha ciddi və dərin müzakirələrin aparılmasını xahiş edir”.







