featured-image-27783

“Açığı, başqa qərar da gözləmirdim. Əslində heç qərar da deyil, adam işinə davam edir”.

Bunu Msport.az-a açıqlamasında FIFA meneceri Erkin İbrahimov deyib. Onun sözlərinə görə, AFFA İcraiyyə Komitəsinin indiki məqamda millinin baş məşqçisi Canni De Byazini istefaya göndərməsi inandırıcı olmazdı:

“Əgər italiyalı mütəxəssisdən hesab istəyiblərsə, bunu seçmə mərhələ oyunlarından dərhal sonra etməli idilər. Gördülər ki, ictimaiyyətdə tənqidlər çoxdur, snaki bu yolla həmin narazılıqlara cavab verdilər. Yəni, formal bir şey idi”.

Qeyd edək ki, bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Toplantıda Da Byazi ilə yola davam etmək qərarı verilib.

CAHİD

Bənzər xəbərlər