featured-image-27585
AFFA İntizam Komitəsinin bu günkü iclasında Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Səbail” – “Sabah” oyununda qeydə alınmış neqativ hallara hüquqi qiymət verilib.
Msport.az xəbər verir ki, 4 futbolçusu sarı vərəqə alan “Sabah” 800 manat cərimələnib.
Oyun zamanı rəqibi aşkar qol imkanından məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə alan qonaqların müdafiəçisi Con İrasabala 1 oyunluq cəza kəsilib. Bu, kluba əlavə 200 manat ziyan vurub.
Qarşılaşmadan sonra qırmızı vərəqə alan “Sabah”ın baş məşqçisi Murad Musayev də 1 matçlıq diskvalifikasiya olunub. Buna görə, paytaxt klubu daha 800 manat cərimə ödəyəcək.
Görüş başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğundan, “Səbail”ə 1600 manat cərimə kəsilib.
Bundan başqa, “Kəpəz”lə matç başa çatdıqdan sonra meydana kənar şəxslər daxil olduğuna görə “Qarabağ” da 1600 manat cərimə olunub.

Bənzər xəbərlər