featured-image-39876

AFFA milli komandanın baş məşqçisi Canni De Byazinin “Avro-2024”ün seçmə mərhələsinin Belçika ilə səfər oyunundan sonra azərbaycanlı jurnalistlərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Milli assosiasiyanın baş katibi Sərxan Hacıyev Msport.az saytına açıqlamasında italiyalı mütəxəssisin sözlərinə görə AFFA rəhbərliyinin adından media nümayəndələrindən üzr istəyib.

Qeyd edək ki, Canni De Byazi 0:5 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında yerli jurnalistlər haqqında xoşagəlməz ifadələr işlədib.

Bənzər xəbərlər