featured-image-26552

AFFA-nın baş katibi Sərxan Hacıyev İTV-nin “Sabaha saxlamayaq” verilişinin qonağı olacaq. Msport.az xəbər verir ki, bu barədə proqramın aparıcılarından biri Ürfan Məmmədli sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, martın 28-də Azərbaycan futboluna həsr olunmuş verilişə AFFA nümayəndələrini də dəvət etsələr də, onlar öləyə yeni döndülərini deyərək gələ bilməyəcəklərini bildiriblər. Dəfələrlə federasiyaya müraciət etdilərini deyən Məmmədli nəhayət, bu gün AFFA-dan cavab aldıqlarını yazıb:

“Aprelin 10-u saat 18:15-də verilişimizdə AFFA-nın baş katibi Sərxan Hacıyev və digər rəsmi nümayəndələr iştirak edəcəklər. Bu o deməkdir ki, futbol üzrə milli komandamıza həsr edilmiş müzakirəmizi davam etdirəcəyik”.

Onun sözlərinə görə, AFFA İcraiyyə Komitəsinin bir neçə üzvü ilə əlaqə saxlasalar da, onlar müxtəlif bəhanələrlə efirə çıxmaqdan imtina ediblər: “Sabiq XİN rəhbəri Elmar Məmmədyarov “müzakirəyə futbolu dərindən bilən şəxsləri dəvət etsəniz, daha doğru olar” dedi. Səmimi olduğu üçün Elmar müəllimə təşəkkür edirəm. Fərid Mansurov davam edən güləş üzrə Azərbaycan çempionatına görə məşğuldur. Zaur Axundov və Rauf Əliyev ölkədə yoxdur. Vaqif Sadıqovun hərarəti var (Allah şəfa versin). Amma müzakirələrdə iştirak etməyi çox istədiyini bildirdi.  Kazbek Tuayev üzrxahlıq etdi və rus dilli olduğu üçün müzakirələrə qatıla bilməyəcəyini bildirdi. 

Aprelin 10-u Sərxan müəllimlə yanaşı İcraiyyə Komitəsinin üzvlərindən kimisə görəcəyimə inanıram”.
AYXAN 

Bənzər xəbərlər