AFFA-nın təşkilatçılığı ilə növbəti məşqçi kursları başladı
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyilə keçirilən “D” kateqoriyalı məşqçi kurslarına start verilib.
Msport.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Qusar Olimpiya İdman Kompleksində keçirilən kursa rayon məktəblərində çalışan fiziki tərbiyə müəllimləri cəlb olunublar.
Açılış nitqi ilə çıxış edən AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov iştirakçılara kursun mahiyyəti haqqında ümumi məlumat verib, onlara uğurlar arzulayıb.
24 nəfər müəllimin qatılıdğı kursun ilk günündə AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə və Dəyanət Əliyev tərəfindən iştirakçılara ilkin futbol bilikləri haqqında məlumat verilib.
Qeyd edək ki, kurs 3 gün davam edəcək.