featured-image-24579

AFFA-nın Peşəkar Futbol Liqasına (PFL) ayırdığı vəsait azalıb.

Msport.az xəbər verir ki, bu barədə assosiasiyanın 2022-ci il üçün hesabatında qeyd olunub.

Qurum 2022-ci ildə PFL-ə 454 200 manat ayırıb. Bu isə əvvəlki illə müqayisədə azdır.

Bu rəqəm 2021-ci ildə 611 633 manat, 2020-ci ildə 625 000 manat, 2019-cu ildə 204 000 manat, 2018-ci ildə 40 000 manat, 2017-ci ildə isə 25 500 manat təşkil edib.

Bundan başqa, 2022-ci ildə Futzal Federasiyasına 1 73 600 manat, Regional Futbol Federasiyasına 281 369 manat, Futbol Veteranları İttifaqına 170 155 manat, Çimərlik Futbol Federasiyasına 160 000 manat, İctimai Futbol Federasiyasına 26 400 manat, Tələbə Futbol Federasiyasına 7000 manat, Uşaq və Gənclər Federasiyasına 162 000 manat, Əlillər Futbol Federasiyasına 38 546 manat, Sahə Futbol Federasiyasına 6300 manat, Futbolun İnkişaf Fonduna 320 202 manat, “Turan Tovuz” Futbol Akademiyasına isə 459 703 manat vəsait ayrılıb.

Bənzər xəbərlər