featured-image-29639
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Msport.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
Region Liqasının “Füzuli” FK – “Qusar” FK oyununda “Qusar” futbolçusu Firudin Ağalarov qarşılaşma bitdikdən sonra hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığına görə 4 oyun cəzalandırılıb.
U-17 Liqasının “Turan Tovuz” FK – “Xan Lənkəran” PFK oyunu “Xan Lənkəran” təyin olunan vaxtda oyuna gəlmədiyi üçün baş tutmadığına görə “Xan Lənkəran”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal üçüncü dəfə təkrarlandığına görə, “Xan Lənkəran” klubu yarışlardan kənarlaşdırılıb.
U-16 Liqasının “Qarabağ” FK – “Turan Tovuz” FK oyununda “Turan Tovuz”un futbolçusu Nicat Quliyev qarşılaşma bitdikdən sonra hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 4 oyun cəzalandırılıb.
U-16 Liqasının EFA – İFA oyununda İFA-nın futbolçusu Məhəmməd Rəsulzadə aqressiv davranışa (rəqibə ayaqla zərbə) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.
U-15 Liqasının “Kəpəz” – “Ağ Şəhər” oyunu “Ağ Şəhər” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün baş tutmadığına görə “Ağ Şəhər”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-12 Liqasının “Lamasiya” (Baku) – “Mübariz” FK  qarşılaşması “Mübariz” komandası təyin olunan vaxtda gəlmədiyi üçün baş tutmadığına görə  “Mübariz”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bənzər xəbərlər