AFFA "Sabah"ı 3600 manat cərimələdi
AFFA İntizam Komitəsi “Sabah” və “Qarabağ” klublarını azarkeşlərinə görə cərimələyib. Msport.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXX tur oyununda baş verənlərə görə belə qərar verilib.
Meydana kənar əşyaların atılmasına görə, hər iki klub1600 manat cərimə ödəməli olacaq.
“Sabah” meydana kənar şəxslərin daxil olması səbəbindən 1600 manat, Yanğından mühafizə xidməti maşınının gecikməsinə görə isə 400 manat ziyana düşüb.
“Qarabağ” fanatları həmin matçda 155 oturacağı sındırıblar. Qərara əsasən, dəymiş zərər Ağdam klubu tərəfindən ödəniləcək.







