featured-image-38205

AFFA İntizam Komitəsi üç klubu cərimələyib.

Msport.az xəbər verir ki, “Sumqayıt” “Kəpəz”ə qalib gəldiyi (1:0) IX tur matçında topdaşıyanın künc zərbəsi zamanı topu kənara atmasına görə 1500 manat ödəyəcək.

Qonaqlar 4 üzvü bu görüşdə sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüblər.

“Sabah” isə “Araz-Naxçıvan”la heç-heçə (1:1) etdiyi qarşılaşmada azarkeşlərin kütləvi şəkildə qeyri-etik ifadələr səsləndirməsinə (bu hal ikinci dəfə yaşandığı üçün) görə 500, matçın ardından meydana kənar şəxslər daxil olduğu üçün 500 manat cərimələnib.

Komitə “Turan Tovuz”a xəbərdarlıq edib. Buna səbəb bölgə klubunun fanatlarının “Zirə”yə 1:2 hesabı ilə uduzduqları görüşdə hakimin ünvanına kütləvi şəkildə qeyri-etik ifadələr işlətməsidir.

Bənzər xəbərlər