featured-image-28719

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Msport.az xəbər verir ki, bu gün baş tutan toplantıda Premyer Liqa klublarına bəzi cəzalar verilib.

XXXI turunun “Qarabağ” – “Zirə” oyununda Ağdam klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə 800 manat cərimə edilib.

XXXI turunun “Qarabağ” – “Zirə” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qarabağ” 1600 manat cərimə edilib.

XXXI turunun “Qarabağ” – “Zirə” oyunu bitdikdən sonra “Zirə” klubunun “A buraxılışı” olmayan nümayəndələrinin meydançaya daxil olmasına görə 800 manat cərimə edilib.

XXXI turunun “Qarabağ” – “Zirə” oyununda “Zirə” klubu İntizam Məcəlləsinin 50.7 bəndini pozduğuna görə “Zirə” klubu 2000 manat cərimə edilir;

XXXI turunun “Səbail” – “Neftçi” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə  800 manat cərimə edilib.

XXXI turunun “Sumqayıt” – “Qəbələ” oyununa Təcili Tibbi Yardım maşını təyin olunan vaxtdan gec gəldiyinə görə “Sumqayıt” 400 manat cərimə edilib;

“Sumqayıt” – “Qəbələ” oyununda meydançaya kənar əşyaların atılması görə “Sumqayıt”1600 manat cərimə edilib

“Sumqayıt” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qəbələ” 800 manat cərimə edilib.

Bənzər xəbərlər