Afrikalı futbolçu “Arsenal”dan ayrılır
Tomas Parti yayda “Arsenal”ı tərk edəcək.
Msport.az xəbər verir ki, buna səbəb futbolçunun tez-tez zədə almasıdı.
Qanalı yarımmüdafiəçi bu mövsüm Premyer Liqada cəmi 4 oyun keçirib. Oktyabrda zədələnən Qana millisinin üzvü indiyə qədər sağalmalı olsa da, dönüşü yubanır. Bu üzdən londonlular yayda onu satmaq qərarına gəliblər. Əks təqdirdə 30 yaşlı yarımmüdafiəçi bir il sonra klubu azad agent kimi tərk edəcək.
Qeyd edək ki, Tomas Partinin “Arsenal”la müqaviləsi 2025-ci ilin yayında başa çatır.